<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>339</hymn_number>
<lyrics>[V1]
 Ümidini itirmə sən, gəl Allahın hüzuruna,
 İsaya «Rəbbimsən» desən, çatarsan İsa Nuruna.

[C1]
   Ey insanlar, inanın siz,
   İsa Məsih Haqq Sözüdür,
   Qoy nurla dolsun qəlbiniz,
   İsa həyatın Özüdür.

[V2]
 Günahların əfv olunar, olarsan bəxtiyar insan,
 Müqəddəs Ruhu alarsan, həyatın İsayla olar.

[V3]
 Gəlin, dostlar, gəlin Rəbbə, nə qədər gec deyil hələ,
 Təmizlənin, edin tövbə, hazır olun o Göylərə.</lyrics>
<title>Ümidini itirmə sən, gəl Allahın hüzuruna İL339</title>
</song>